Şəhidlər ölməz, Vətən bölünməz!
Hərbi qulluqçularla mənəvi-psixoloji mövzuda söhbətlər aparılıb
25-01-2023, 20:42
8

Hərbi qulluqçularla mənəvi-psixoloji mövzuda söhbətlər aparılıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən qoşunlarda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçularla görüşlər keçirilib.
Görüşlərdə hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və sosial qayğıları öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb. Şəxsi heyətə Beynəlxalq Humanitar Hüququn normaları və informasiya təhlükəsizliyi, eləcə də hərbi intizamın möhkəmləndirilməsinə dair lazımi tövsiyələr verilib.
Bundan başqa, “Heydər Əliyev İli” çərçivəsində müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev irsindən danışılıb.
Hərbi qulluqçular ölkə rəhbərliyinin diqqət və qayğısını daima hiss etdiklərini, göstərilən bu ali etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.

https://mod.gov.az

Oxşar xəbərlər