Bizə nağıl kimi olan bir xəyalı gerçək edən ərənlər

Vətən deyəndə qoynunda böyüyüb boya-başa çatdığımız məkan gözlərimiz önündən gəlib keçir. Bu kəlmə hər kəs üçün müqəddəs və əzizdir. Ana, bir də Vətən insan həyatının mənasıdır desək, yanılmarıq. Ta qədim zamanlardan Vətənini sevən, onun hər qarışını göz-bəbəyi kimi qoruyan oğul və qızlarımız yetərincə olub. Bu gün də Azərbaycanımızın vətənpərvər oğul və qızları saysız-hesabsızdır. Onlar həmişə Vətənin dar günündə bir vətəndaş olaraq ölüm-dirim mübarizəsinə qalxırlar. 
Babəklər, Cavanşirlər, Koroğlular, Nəbilər, Həcərlər diyarı olan Odlar Yurdu Azərbaycanımız həmişə qürurlu bir dövlət kimi dünyada tanınır. Bu diyarın barlı-bərəkətli torpaqlarına göz dikənlərin gözü həmişə yerində ovulubdur. Tarix boyu torpaqlarımıza göz dikən yurdsuz-yuvasız ermənilər yenidən torpaqlarımıza qarşı öz mənfur niyyətlərini həyata keçirməyə başladılar. Torpaqlarımızın ərazi bütövlüyünü təmin etmək məqsədilə say-seçmə oğul və qızlarımız silaha sarılıb cəbhə bölgəsinə yola düşdü. Onlar Andronikin nəvələrinə öz əllərinin duzunu göstərmək üçün əsl qəhrəmanlıq salnaməsi yazdılar. Düşmənə sübut etdilər ki, xalqımız öz ata-baba yurdunu canından belə əziz tutur. Mənfur ermənilər isə tarix boyu gözlərini onun-bunun torpaqlarına dikiblər. Artıq dünyada da onların yalançı, riyakar sifətləri aydın görünür. Erməni havadarları yaxşı bilməlidirlər ki, bu gediş onları ancaq uçuruma aparır. İkinci Dünya Müharibəsi ərəfəsində faşistlərin etmədiyi hərəkətləri ermənilər ediblər. Onlar insanlığa sığmayan, analoqu olmayan vəhşilikləri ilə dünyada tanınırlar. Bu vəhşiləri yerində oturtmaq üçün qəhrəman oğul və qızlarımızın Qarabağ cəbhəsində göstərdikləri igidlikləri saymaqla qurtarmaz. Axı, qəhrəmanlarımızın hər biri Ana Vətənin toxunulmazlığı naminə əllərindən gələnləri əsirgəmirlər.
27 sentyabr günü tarix səhifəmizə II Qarabağ müharibəsi kimi düşdü. 30 ildir ki, torpaqlarımızı işğal altında saxlayan mənfur erməni qəsbkarları yeni torpaq iddiası ilə bütün cəbhəboyu hücuma keçdi, Şanlı Müzəffər Ordumuz əks hücuma keçərək düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirməyə başladı. Az bir zaman kəsiyində işğal olunmuş torpaqlarımız Ali Baş Komandanımızın rəhbərliyi, şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində hissə-hissə azad olunmağa başladı. Belə bir gündə yəni vətənin dar günündə silaha sarılan və düşmənə sarsıdıcı zərbələr endirən ərənlərimizdən biri ilə oxucularımızı tanış edirik. 
Xudaverdizadə Mirsahib Rövşən oğlu da bu yolda özünü ön cəbhəyə atan oğullardandır. Mirsahib 1994-cü ildə Lənkəran şəhərində anadan olub. O hərbin bir çox sirlərinə yiyələnərək artilleriya, manqa komandiri, baş çavuş rütbələrinə layiq görülüb. Hava kəşfiyyatında iştirak edib. İlk növbədə qəhrəmanımızın keçdiyi ağır və şücaətli yoldan danışaq. İgidimiz 2-ci Qarabağ müharibəsi başlayan gündən bir çox əməliyyatlarda iştirak edib. Murov dağ silsiləsi, Cəbrayıl, Fizuli, Şuşa, Hadrut uğrunda gedən döyüşlərdə əzmlə vuruşan Mirsahib hazırda da Vətənin keşiyindədir. Torpaqlarımız düşmən tapdağından azad olduqca Mirsahibin də sevinci yerə – göyə sığmır. Artıq qələbənin iyini bizlərə duyuran igid ərənlərimiz bir daha düşmənə öz yerini göstərdi. Bu qələbənin hər qarışında mərd oğullarımızın əməyi danılmazdır. Gecə-gündüz bilmədən, soyuğun sərtində düşmənə sinə gərən Mirsahibin də bu qələbədə payı var. Əsgərlərimizə evlərinə və əzizlərinin yanına sağ-salamat qayıtmasını arzu edirik. Onlar bizlər üçün həmişə Qalib Ordu kimi qalacaq. Çünki 30 il ərzində davam edən bu münaqişəni 44 günə həll edərək əzəli torpaqları Azərbaycana qaytardılar.
Yaxşı deyiblər «Torpaq su ilə qarışanda palçıq olur, torpaq qan ilə qarışanda isə Vətən olur».

скачать dle 12.1

Tarix:11-11-2020, 23:59
Oxunub:127


Xəbər lenti