Firudin Şamoyev

Həyatı

1962-ci il 7 fevral Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı.

Döyüşlərdə iştirakı

"N" saylı hərbi hissəyə komandir təyin edilən Firuddin Qazax rayonunun Bağanis AyrımMəzəmQuşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, ermənilərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.

Ailəsi

Ailəli idi, üç övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı fərmanı ilə Şamoyev Firudddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Qazax şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Qazax şəhərindəki 4 nömrəli məktəb qəhrəmanımızın adını daşıyır.

Vikipediya, açıq ensiklopediyaскачать dle 12.1

Tarix:28-02-2019, 14:07
Oxunub:303


Xəbər lenti