Albert Aqarunov

Həyatı

Erkən illəri

Asif Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.[2] Çox erkən yaşlarından musiqilə maraqlanırdı.[3] Musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdi.[3]
Qardaşı Rantik Aqarunovun xatirələrindən:
"Onun yeganə sevmədiyi, hətta deyərdim ən nifrət etdiyi şey – aqressiya və özündən zəiflərə qarşı təhqiredici münasibət idi.[3]"
Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib.[2] Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edirdi.[3]1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırıldı və xidməti dövründə tank komandiri oldu.[2]1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönərək Suraxanıda maşınqayırma zavodunda işləyib.[2][4]

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

Albert Aqarunov Qaqik Avşaryanı tankla burda vurmuşdur.Qarabağ müharibəsi başlayarkən, Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirməsi ailəsində ani çaşqınlıq yaratmışdı.[3] Onun ailə üzvləri bu xəbəri birmənalı qarşılamadı.[3] Onun ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollandı.[3]
Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb.[2][4]1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilmişdi.[5] Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi.[5] Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur.[5] Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir.[5][6] Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankının bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.[6]
Aqarunovun döyüşdüyü “Səbayıl” tank taborunun komandiri Hacı Əzimovun xatirələrindən:
"T-72 tankları mürəkkəb idi. Albert öz əsgər yoldaşlarına da bu tankdan istifadə üsullarını öyrədirdi.[3]"
O, XankəndiDaşaltıCəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.[2] Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib.[2] Dostlarının dediklərinə görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurdu.[7] Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb.[2] Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.[3][8]

Ölümü

Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.[2] Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır.[3] Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir.[3] Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.[3]
Albert Aqarunov torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyurdu.[3]Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.[2]

Şəxsi həyatı

Subay idi.

İrsi

Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır.[9][10] Məktəbin önündə büstü qoyulub.[10]2015-ci ildə “The Times of Israel” qəzetində amerikalı ravvin İsrail Barukun “Müsəlman torpağında yəhudi əsgəri” məqaləsi Aqarunova həsr olunmuşdur.[11] 2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib.[12]

Filmoqrafiya

2010-cu ildə "Salnamə" sənədli filmlər studiyası "Qarabağ qəhramanları" silsiləsindən onun haqda "Dostuma məktub" filmini çəkib.[13] Filmin ssenari müəllifi və rejissoru Yefim Abramovdur.[14]
2017-ci ildə Səadət Şükürova Albert Aqarunov haqqında "Yaşadığım torpaq" sənədli filmini çəkib.[15]

Təltif və mükafatları

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[2]
Vikipediya, açıq ensiklopediya
скачать dle 12.1

Tarix:27-02-2019, 19:22
Oxunub:609


Xəbər lenti