Vüqar Hüseynov (milli qəhrəman)

Həyatı

20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə Daşkəsəndə məktəbi bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmış, 1989-cu ildə hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdır və elektirik qaynaqçısı kimi fəaliyyətə başlayır. 1990-cı ildə DİN-nin polis dəstəsinə yazılır və həyatını cəbhə ilə bağlayır.

Döyüşlərdə iştirakı

Vüqar Hüseynov XocalıdaGoranboyda uğurlu döyüş yolu keçmişdir. Şəhid jurnalist Salatın Əsgərovanın qətlə yetirənlərin tapılmasında onun böyük xidməti olmuşdur. 1991-ci il 20 iyul erməni qəsbkarları Goranboy rayonuna hücum edirlər. Vüqar burada qəhrəmancasına vuruşur və döyüş meydanında şəhid olur.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

O əvvəlcə "Qırmızı Ulduz" ordeni ilə təltif olunur. Daha sonra 1992-ci il 6 iyun Azərbaycan Respublikası prezidentinin 831 saylı fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Doğulduğu Cəbrayıl rayonunun Daşkəsən kəndində dəfn edilmişdir. Oxuduğu orta məktəb onun adını daşıyır.

Vikipediya, açıq ensiklopediyaскачать dle 12.1

Tarix:25-02-2019, 17:44
Oxunub:995


Xəbər lenti