Şəhidlər ölməz, Vətən bölünməz!
“Wizz Air” Azərbaycanın regionlarında yerləşən hava limanlarına uçuşların həyata keçirilməsində maraqlıdır
13-01-2023, 19:07
8

“Wizz Air” Azərbaycanın regionlarında yerləşən hava limanlarına uçuşların həyata keçirilməsində maraqlıdır

Trend xəbər verir ki, görüşdə Agentlik sədri ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin turizm əlaqələrinin də inkişafına təkan verəcək amil kimi qiymətləndirildiyini, hazırda mövcud olan birbaşa uçuşların qarşılıqlı səfərlərin sayının artmasında önəm kəsb etdiyini diqqətə çatdırıb.
Səfir Tamaş Yojef Torman öz növbəsində birbaşa uçuşların turist mübadiləsində xüsusi rol oynadığını, bu məqsədlə uçuşların sayının və Macarıstanda Azərbaycan haqqında məlumatlılığın artırılmasının vacibliyini bildirib. Səfir, həmçinin Macarıstan vətəndaşları üçün vizasız rejimin tətbiqinin ziyarətçilərin sayının artmasında əhəmiyyətli rol oynaya biləcəyini qeyd edib.
Görüşdə turizm şirkətləri, media nümayəndələri və influenserlərin qarşılıqlı səfərlərinin təşkili, bu istiqamət üzrə hər iki ölkənin mədəniyyətinin tanıtımına həsr olunan “Macarıstan və Azərbaycan günləri”nin keçirilməsi və qarşılıqlı təbliğat üçün birgə fəaliyyət planının hazırlanması haqqında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər