Daha güclü zəlzələ ola bilərmi? - Ekspert izah edir

"Bu gecə İsmayıllıda baş verən zəlzələ nəticəsində yaranan çatlar tikinti normativlərinə uyğun olmayan, keyfiyyətsiz materiallarından istifadə edilən tikililərdə qeydə alınıb".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Q.Yetirmişlinin sözlərinə görə, dünən Azərbaycanda iki hiss edilən zəlzələ baş verib. Onların birincisi 5, ikincisi 6 bal gücündə olub:
"6 bal gücündə olan ikinci təkan insanları daha çox təşvişə salıb. Həmin zəlzələlər zamanı ərazidə güclü enerji boşalması gedib. Bu, o deməkdir ki, orada artıq 6 baldan güclü zəlzələ ola bilməz. Hiss edilən zəlzələ ola bilər, amma artıq güclü zəlzələ ola bilməz".
Şamaxı-İsmayıllı bölgəsinin tarixən seysmoloji baxımdan aktiv olduğunu xatırladan Q.Yetirmişli əlavə edib ki, dünəndən indiyə qədər 130-dan çox xırda təkan qeydə alınıb:
"Onlar zəif, 3 bala qədər hiss edilən təkanlar olub".скачать dle 12.1

Tarix:7-02-2019, 19:33
Oxunub:173


Xəbər lenti