Qaqarinin qələmi və avtoqrafı Fransada hərraca çıxarıldı

Dünyanın ilk kosmonavtı Yuri Qaqarinin doldurma qələmi və öz əli ilə yazdığı sənəd Fransada "Cazo" hərrac evində satışa çıxarılıb.
Lotun dəyəri 15-20 min avro təşkil edir. Sarı metal haşiyəli qara qələm raket formasında işlənib. Qələmin yuxarısında yazılıb: "СССР Сентябрь 1959". Y.Qaqarinin avtoqrafı sovet dənizçiləri və çay nəqliyyatı işçilərinə ünvanlanmış təbrik məktubudur.
Daha bir lot isə kosmonavtın ölümündən 3 gün əvvəl - 24 mart 1968-ci ildə çəkilmiş 12 fotosundan ibarətdir. Dəyəri 5-7 min avro olan bu fotoların 11-i bundan əvvəl heç bir yerdə göstərilməyib.

milli.azскачать dle 12.1

Tarix:26-02-2019, 02:42
Oxunub:309


Xəbər lenti