Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar

Araşdırmaçılar qlobal istiləşmənin perspektivlərini izah edərkən ən çox atmosferdə karbondioksit və metan qazların toplanması ilə bağlı proqnozlara söykənirlər. Onlar temperaturun bir neçə dərəcə yüksələcəyini, habelə rütubətin qalxacağını önə sürürlər.
Lakin situasiyanın dəyişməsini təsəvvür etmək üçün yalnız rəqəmlər kifayət etmir.
Shehidlik-zirvesi.az Milli.Az-a istinadən bildirir ki, Kopenhagen universitetindən (Danimarka) Rober Dann və Merilend universitetinin İqtisadi elmlər mərkəzindən (ABŞ) Metyu Fitspatrik iqlim dəyişikliyi haqqında informasiyanı sadələşdirərək onu xüsusi təhsil almayan insanlar üçün asan hala gətirib.
Bu barədə "Nauka i jizn "jurnalı "Nature Communications" saytına istinadən xəbər verir.
Bunun üçün onlar 2080-ci ildə ABŞ və Kanada şəhərlərindəki iqlim dəyişikliklərinin proqnozunu verib, daha sonra isə həmin şəhərlərdə 60 il sonra havanın necə olacağını nümayiş etdirən ərazilər tapıblar.
Beləliklə ekspertlər bununla şəhər əhalisinin qlobal istiləməşnin nələrə gətirib çıxara biləcəyini öz gözləri ilə görmələrinə şərait yaradıblar.
Araşdırmaçılar bunun üçün həm də BMT-nin iki proqnozundan istifadə ediblər.
Onlardan biri buxar qazlarının həcminin artacağını, o birisi isə 2040-cil ildə bu prosesin azaldılmasına nail olunacağını bildirir.
Məsələn Vaşinqtonda 2080-ci ildə iqlim bu gün cənubdakı Missisipi ştatındakı kimi hərarətli və rütubətli olacaq. Övladlarının 50-60 ildən sonra gələcəyini seyr etmək istəyənlər 1500 kilometr əziyyət çəkib səyahət edərək görə bilərlər.
Orta hesabla "gələcək iqlim" cənub bölgələrindən 500 kliometr məsəfədə yerləşir. Lakin buxar qazları havaya atılmağa davam etdikcə bu məsafə şimala doğru min kilometr irəliləyəcək.скачать dle 12.1

Tarix:24-02-2019, 00:25
Oxunub:512


Xəbər lenti