Şəhidlər ölməz, Vətən bölünməz!
Azərbaycanla Türkiyə Cənub-Şərqi Avropa ölkələrinin əlavə qaz tələbatlarını ödəmək üçün iş aparır - Çavuşoğlu
13-01-2023, 19:03
12

Azərbaycanla Türkiyə Cənub-Şərqi Avropa ölkələrinin əlavə qaz tələbatlarını ödəmək üçün iş aparır - Çavuşoğlu

Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tayani ilə Ankarada birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, iki ölkə TAP və TANAP-ın ötürmə qabiliyyətinin artırılmasına çalışır.
“Azərbaycanın da xeyrinə olacaq şəkildə Türkmənistan qazının da bu sistemə bağlanmasını müzakirə edirik”, - deyə M.Çavuşoğlu bildirib.

Oxşar xəbərlər