Şəhidlər ölməz, Vətən bölünməz!
Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
19-01-2023, 18:29
5

Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında səfərdə olub.
Səfərin proqramına uyğun olaraq əvvəlcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Heydər Əliyev Meydanı ziyarət edilib, xalqımızın Ümummilli Liderinin memorial kompleksinin önünə əklil və gül dəstələri qoyulub.
Sonra nümayəndə heyəti Özbəkistan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasına gələrək hərbi təhsil müəssisəsinin infrastrukturu və tədris prosesi ilə tanış olub. Nümayəndə heyətinə akademiyanın yaranma tarixi və əsas fəaliyyət istiqaməti barədə brifinq təqdim edilib.
General-leytenant H.Piriyev akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Hərbi akademiyanın rəhbər heyəti ilə keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil, hərbi kadrların və ali hərbi təhsil müəssisələrində professor heyətinin hazırlanması sahəsində təcrübə mübadiləsi aparılıb.
General-leytenant H.Piriyevin “44 günlük Vətən müharibəsinin gələcəkdə çoxsaylı araşdırmaları" mövzusunda çıxışı akademiyanın professor-müəllim heyəti, təkmilləşdirmə kursunda təhsil alan birləşmə komandirlərinin müavinləri və dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Mərkəzi Hərbi Dairəsinin Qoşunlarının komandanı general-mayor Oybəy Səyidov ilə də görüşüb. Görüşdə maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

https://mod.gov.az

Oxşar xəbərlər