Şəhidlər ölməz, Vətən bölünməz!
İsrailin Azərbaycandakı səfiri Şəhidlər Xiyabanını ziyarət edib
19-01-2023, 18:18
9

İsrailin Azərbaycandakı səfiri Şəhidlər Xiyabanını ziyarət edib

İsrailin Azərbaycandakı səfiri Corc Dik 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edib.
Trend-in məlumatına görə, bu barədə səfir Twitter hesabında paylaşım edib.
“Biz İsrail səfirlərinin konfransını bitirdikdə İsrailin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nunun rəhbərliyi ilə Azərbaycan xalqı ilə birlikdə olmaq və Qara yanvar qurbanlarının xatirəsini anmaq üçün Bakı şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etdik”, - səfir deyib.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

https://az.trend.az

Oxşar xəbərlər